İlham Əliyev: Ermənistanla danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına görə müsbət nəticələr verdi

  • By Admin08
  • 25 Sentyabr 2025 20:59

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı deyib:

“Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”.

Gununsesi.info