Azərbaycan Prezidenti dünyanın ən nüfuzlu maliyyə idarəetmə şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib. Qlobal maliyyə bazarlarında böyük təsir gücünə malik olan “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi nəhəng korporasiyalarla aparılan müzakirələr ölkəmizin iqtisadi strategiyasında mühüm addım hesab olunur.
Maraqlı məqam isə odur ki, bu danışıqlar gələcəkdə ölkə iqtisadiyyatına hansı real faydaları gətirə bilər?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan iqtisadçı Natiq Cəfərli mövzunu belə şərh edib:
“Azərbaycan daha çox investisiya cəlb etməyi planlaşdırır və bunun üçün müvafiq addımlar atır. Bu məqsədlə müəyyən qanunlar və daxili tənzimləmə mexanizmləri yaradılır.
Böyük şirkətlərin, maliyyə qurumlarının və investisiya şirkətlərinin diqqətini Azərbaycana yönəltmək, onlara daha əlverişli investisiya mühiti təqdim etmək istiqamətində atılacaq addımlar ölkə iqtisadiyyatına ciddi töhfə verə bilər. Eyni zamanda, bu, xarici investisiyaların ölkəyə axınında mühüm rol oynaya bilər”.
Gülxanım Əliyeva













