Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yataqxana və hostellər. Layihələndirmə normaları”nı təsdiq edib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, yataqxana və hostellərin tutumu şəhərsalma və tikintiyə dair normativ sənədlərə, həmçinin layihə tapşırığına əsasən müəyyən ediləcək.
– kiçik – 25 nəfərə qədər;
– böyük – 25 nəfərdən çox.
Bundan başqa, yataqxanaların və 50-dən çox yer sayı olan hostellərin giriş-çıxış yerlərində, mərtəbələrin dəhlizlərində, ictimai-iaşə zonalarında 24 saat işlək vəziyyətdə olan müşahidə kameraları quraşdırılmalıdır.













