“Birinci olmasaq, siyasəti tərk edəcəm” – Özgür Özəldən İDDİALI AÇIQLAMA

Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl partiyasının hədəflərini və siyasi gələcəyi ilə bağlı iddialı açıqlama verib.

Gununsesi.info xəbər verir ki, o, 2023-cü ilin noyabrında CHP-nin sədri seçildiyi qurultayda verdiyi vədi bir daha xatırladaraq bildirib.

“Seçkilərdə birinci partiya olaraq çıxmasaq, o gecə siyasəti tərk edəcəm”, – Özəl “Ekonomim” xəbər saytına müsahibəsində deyib.

Gununsesi.info