Azərbaycanda 1287 nəfər QİÇS-ə yoluxub

  • By Admin2
  • 13 Mart 2026 14:53

Ötən il 1287 İİV infeksiyası ilə (insanın immun çatışmazlığı virusu) yaşayan şəxs Respublika QİÇS-lə Mübarizə Mərkəzində QİÇS-lə Mübarizə Mərkəzində yeni qeydiyyata alınıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.

Ümumilikdə ölkədə 11 900 nəfər QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır.

Xatırladaq ki, İnsan İmmunçatışmazlığı Virusu (İİV) – İnsan orqanizmində immun sistemin tədricən zəifləməsi ilə xarakterizə olunan, müalicə edilən müxtəlif ağırlaşmalar və yanaşı xəstəliklərin inkişafına gətirib çıxaran xroniki infeksion xəstəlikdir. Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb.

Gununsesi.info