“Elektronikanın macəraları” filmindəki sovet aktyoru Vasili Skromnı 61 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Aktyorun ölümünə xərçəng səbəb olub.
“Odessa milyonlarla insanı valeh edən aktyorla vidalaşdı”, – deyə açıqlamada bildirilir.
V.Skromnı daha çox “Elektronikanın macəraları” filmindəki Makar Qusev rolu ilə tanınır.
Aktyor həmçinin “Məktəb”, “Mən Xortitsayam”, “Üçüncü ölçü”, “Döyüşçülər” kimi filmlərdə də rol alıb.
Daha sonra Vasili Skromnı dənizçi olub və ticarət donanmasında xidmət edib.
“Elektronikanın Macəraları” uşaq musiqili filmi 1979-cu ildə Konstantin Bromberq tərəfindən Odessa Kino Studiyasında Yevgeni Veltistovun üç elmi fantastika hekayəsi əsasında çəkilib. Filmin musiqisini Yevgeni Krılatov bəstələyib. Premyerası 23 mart 1980-ci ildə baş tutub.












