Bərdədə “Prius” yandı - FOTOLAR

  • By Günel
  • 15 İyul 2025 19:12

Bərdədə minik avtomobili yanaraq yararsız hala düşüb.

Gununsesi.info xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Toyota” markalı 77 PK 752 dövlət nömrəli nişanlı avtomobil anidən alovlanıb.

Hadisə yerinə FHN-nin Bərdə Yanğından Mühafizə Xidmətinin əməkdaşları gələrək avtomobili söndürüb. Minik avtomobilinin sürücüsü Amil adlı şəxs rayon ərazisində taksi xidməti kimi fəaliyyət göstərirmiş.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info