Qəzzada bir gün ərzində 61 fələstinli ölüb

  • By Günel
  • 16 İyul 2025 08:12

İsrail Müdafiə Ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ötən gün ərzində 61 fəlsətinli ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilir ki, anklavın şimalında yerləşən Şati qaçqın düşərgəsinə hava hücumu nəticəsində 23 nəfər öldürülüb və onlarla insan yaralanıb. İsrail və ABŞ tərəfindən idarə olunan Qəzzaya Humanitar Yardım Fonduna (GHF) məxsus olan Rəfəhdəki yardım paylanma məntəqəsinə endirilən zərbə isə daha 2 nəfər ölümünə, 30-dan çox şəxsin yaralanmasına səbəb olub.

Gununsesi.info