
Azərbaycanda ƏDV boşluğu 2,5 dəfə azalıb.
Bu barədə Gununsesi.info İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-cü ilə dair illik hesabatını istinadən xəbər verir.
Qeyd edilib ki, ƏDV üzrə əməl etmə boşluğu hesablanmış potensial ƏDV ilə faktiki yığılan ƏDV daxilolmaları arasındakı fərqi ifadə edir. ƏDV boşluğunun azalması isə “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin güclənməsinin və şəffaf vergi inzibatçılığının nəticəsi kimi qiymətləndirilir.