Bəzi ərazilərdə qaz olmayacaq

  • By Admin08
  • 04 Sentyabr 2025 08:43

Bu gün Nərimanov rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

“Azəriqaz”dan Gununsesi.info-ya verilən məlumata görə, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar 04.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Təmir işləri aparılan müddətdə H.Əliyev prospektində, A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda qeyd olunur.

Gununsesi.info