Qriqoryan sabah Parisə gedəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 4-də Parisə işgüzar səfərə gedəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Məlumata görə, səfər zamanı işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.

 

Gununsesi.info