Ötən gün paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində hərəkətdə olan nəqliyyat vasitələrindən birində yanğın baş verib.
Bu barədə Gununsesi.info -ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal təhlükəsizlik tədbirləri görülüb, nəqliyyat vasitələrinin hərəkəti digər istiqamətə yönləndirilib.
Polis əməkdaşlarının və vətəndaşların operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən kənarlaşdırılıb.









