
Bakıda istixanada yanğın olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 14400 m² olan istixananın polietilendən ibarət üzlüyü 3450 m² sahədə yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.