Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib - FOTOLAR

Müasir kampus konsepsiyasına uyğun əsaslı təmir işləri aparılmış 7 mənzil tipli binadan ibarət yeni yataqxana kompleksi Qarabağ Universitetinin tələbələrinin istifadəsinə verilib.

Bu barədə Gununsesi.info-ya Elm və Təhsil Nazirliyi məlumat verib.

Bildirilib ki, müvafiq yaşayış şəraiti yaradılmış 312 mənzil zəruri avadanlıqlarla təchiz edilib.

Ümumilikdə 30 min kvadrat metr mənzil sahəsi olan yataqxana kompleksində 1700 tələbənin yaşaması nəzərdə tutulub.

Qeyd edək ki, Qarabağ Universitetinin ötən il istifadəyə verilmiş digər tələbə yataqxanası 6 mənzil tipli binadan ibarətdir.

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilibQarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilibQarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

 

Gununsesi.info