Bu ölkəni könüllü tərk edən miqrantlara 3 min dollar veriləcək

ABŞ hakimiyyəti ilin sonuna qədər könüllü olaraq ölkəni tərk etməyə razı olan qanunsuz miqrantlara maliyyə güzəştləri təklif edir.

Gununsesi.info bu barədə Reuters-ə istinadən məlumat verir.

Qeyd olunur ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti Tramp administrasiyasının ölkəni könüllü olaraq tərk etməyə razı olan miqrantlar üçün ödənişlərin məbləğini üç dəfə artırdığını açıqlayıb.

Həmin təqaüd 3000 dollara qədər artırılıb. Həmin məbləği ABŞ-da qanunsuz olaraq yaşayan və bu ilin sonuna qədər ölkəni tərk edən bütün şəxslər əldə edə biləcək.

Proqrama həmçinin miqrantların doğma ölkələrinə pulsuz aviabilet də daxildir.

Nazirlik vurğulayıb ki, bu tədbir dövlət xərclərini azaltmağa yönəlib. Belə ki, bir sənədsiz şəxsin tutulması, saxlanılması və deportasiyasının orta qiyməti təxminən 17.000 dollarıdır.

Gununsesi.info