Cəlilabadda ağır yol QƏZASI

  • By Ayshan
  • 22 Dekabr 2025 19:15

Cəlilabadda qadını avtomobil vurub.

Gununsesi.info  xəbər verir ki, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində baş verib.

İlkin məlumata görə, yolu keçmək istəyən qadını yoldan keçən “Ford Transit” markalı avtomobil vurub.

Qəza nəticəsində piyada ağır xəsarətlər alıb və dərhal xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info