TƏBİB hakimlə bağlı məlumat yaydı

  • By Ayshan
  • 23 Dekabr 2025 09:38

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın ölümü ilə nəticələnən qəza ilə bağlı yeni məlumat əldə edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq, Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 22.12.2025-ci il tarixində saat 19:40 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1 nəfər (kişi) hospitalizasiya olunub.

1967-ci il təvəllüdlü şəxsə (kişi) sol baldır sümüklərinin yerdəyişən sınığı, sirkə kasasının sınığı diaqnozları təyin edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Hadisə nəticəsində 1 nəfərin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Gununsesi.info