Vens nə demək istəyir? Vaşinqtonun sülh ritorikasının pərdəarxası

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib ki, Ukrayna və Rusiyanın tezliklə sülh razılaşmasına nail olacağına əmin deyiləm.

Vens, həmçinin bildirib:

Rusiya və Ukrayna son bir neçə aydır ki, xoş niyyətlə danışıqlar aparırlar. Və ABŞ yaxın gələcəkdə böhranı sülh yolu ilə həll etməyə çalışacaq”, – Vens bildirib.

Maraqlıdır, görəsən, ABŞ vitse-prezidentinin “tezliklə sülhə əmin deyiləm” açıqlaması Vaşinqtonun real mövqeyidir, yoxsa diplomatik ehtiyatlılığı əks etdirir?

Ümumiyyətlə, ABŞ administrasiyası yaxşı anlayır ki, Rusiya-Ukrayna müharibəsində tərəflərin mövqeləri hələ də fundamental məsələlər üzrə ziddiyyətlidir. Bu səbəbdən, “tezliklə sülh” ifadəsinə şübhə ilə yanaşmaq reallığa daha uyğundur. Vensin sözləri, əslində, Vaşinqtonun pərdəarxası qiymətləndirməsini açıq dillə ifadə edir.

Digər tərəfdən, diplomatik ehtiyatlılıq məsələsi var.

Eyni zamanda bu açıqlama ABŞ üçün manevr imkanları yaradır. Əgər sülh alınmasa, Vaşinqton “biz əvvəlcədən riskləri demişdik” mövqeyində qalır.

Ən əsası, bu sözlər təkcə Moskva və Kiyevə deyil, həm də ABŞ daxili auditoriyasına ünvanlanıb.

O cümlədən avropalı müttəfiqlərə də.

 

Orxan

Gununsesi.info