Bu, Rusiya hökumətinin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir - NAQİF HƏMZƏYEV QUSMANIN İŞİNİ İTİRMSƏNİDƏN DANIŞIR

  • By admin
  • 25 İyul 2025 10:26

Qusman dünyada tanınmış bir jurnalistdir. Onun Azərbaycanın dostu olmasına görə cəzalandırılması Rusiya üçün başucalığı gətirmir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin üzvü Naqif Həmzəyev, Rusiyanın TASS İnformasiya Agentliyinin direktor müavini Mixail Qusmanın Şuşada təşkil olunan Qlobal Media Forumunda iştirakına görə vəzifəsindən çıxarılmasını şərh edərkən deyib.

Deputatın sözlərinə görə, bu fakt Rusiyanın hələ də Azərbaycana münasibətdə qərəzli olduğunu göstərir:

Biz gözləyirik ki, Rusiya tərəfi Azərbaycana qarşı səhvlərini düzəldəcək. Amma bunun əksinin şahidi oluruq. Qusmanın tədbirə gəlməsi, orada çıxış etməsində Rusiya əleyhinə hər hansı məqam yoxdur ki, bir jurnalisti də buna  görə cəzalandırırlar. Bu, Rusiyanın özünə utancdır. Qusman əməkdar jurnalistdir, güclü dövlət xadimidir. Bu fakt göstərir ki, rəsmi Kreml üçün özünün vətəndaşının da dövlət üçün dəyəri yoxdur. Kreml bununla Azərbaycana yox, öz vətəndaşına pislik etmiş oldu”.

Afət Abbasova 

Gununsesi.info