Fransanın Sakit okean adalarında 6,6 bal gücündə zəlzələ

  • By Günel
  • 25 İyul 2025 08:08

Fransanın Sakit okean adalarında – Mata-Utu, Uollis və Futuna yaxınlığında 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Sakit okeanda yerləşən adalardan 175 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 314 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Gununsesi.info