Macarıstanın Baş naziri Viktor Orban Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Avropanın iqtisadiyyatına ciddi zərər vurduğunu bildirib.
Orban “X” sosial platformasında yazıb ki, Brüssel sanksiyaların Rusiyanı çökdürəcəyini vəd etsə də, nəticədə Avropanın özü zərər görüb.
Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymətləri kəskin artıb, Avropanın rəqabətqabiliyyətliliyi zəifləyib və qitə geri qalır.
Baş nazir bu vəziyyəti “səhv qərarların bədəli” adlandırıb və vurğulayıb ki, hazırkı mərhələdə eskalasiya deyil, danışıqlar zəruridir.
Günay













