Neftçalının sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilən müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.
Gununsesi.info “Qafazinfo”-ya istinadən xəbər verir ki, amnistiya aktı ona da şamil edilib.
Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb ediliblər.
G.Sadıqova son qərarla 4 il 6 ay azadlıqdan məhrum edilib.
Gununsesi.info













