Fransa çağırışı bərpa etməyi planlaşdırır

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın mövqeyinin “daha aqressiv” olması səbəbindən çağırış sistemini yenidən işlənmiş formada bərpa etməyi planlaşdırır.

RTL radiosuna verdiyi müsahibədə Makron təfərrüatların yaxın günlərdə açıqlanacağını bildirib.

La Tribune qəzetinin məlumatına görə, yeni könüllü xidmət 10 ay davam edəcək, həm kişilərə, həm də qadınlara şamil ediləcək və Fransa ehtiyatını gücləndirəcək. Könüllülərə ayda 900–1000 avro maaş veriləcək. İlk ildə 2–3 min əsgərin cəlb olunması planlaşdırılır, 2030–2035-ci illərdə isə sayı 10–50 min nəfərə çatacaq.

Hazırda Fransada təxminən 205 min aktiv hərbi qulluqçu, 47 min ehtiyatda olan əsgər var və onların sayı 2030-cu ilə qədər 80 minə yüksələcək.

Firuzə

Gununsesi.info