Gəncədə yol qəzası olub.
Gununsesi.info xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.













