
Cəlilabadda faciəvi hadisə qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, olay rayonun Adnalı kəndində baş verib.
Kənd sakinləri – 1982-ci il təvəllüdlü Şəfəq Əsgərova ilə qardaşı, 1979-cu il təvəllüdlü Nurəddin Əsgərov arasında mübahisə zamanı Şəfəq bıçağa əl atıb. Nəticədə 1979-cu il təvəllüdlü Nurlan Əsgərov iki bıçaq xəsarəti alaraq yaralı vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Məlumata görə, bacı ilə qardaş arasında mülk üstündə tez-tez mübahisələr baş verirmiş.
Faktla bağlı araşdırma aparılır.