Gəncədə piyadanı maşın vurub öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.infonun məlumatıma görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili qarşı tərəfə keçmək istəyən qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info