İki maşın toqquşdu, biri yandı - VİDEO

Sumqayıtda iki avtomobilin toqquşması nəticəsində yanğın baş verib.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bulvar küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Kia Optima” və “Toyota Prius” markalı minik avtomobillərinin toqquşması səbəbindən yanğınla nəticələnən yol-nəqliyyat qəzasının baş verdiyi müəyyən edilib.

Yanğın nəticəsində “Toyota Prius” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Gununsesi.info