Xaçmazda 67 yaşlı kişinin meyiti tapıldı

Xaçmaz rayonunda meyit tapılıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Çığatay kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Aslan Səlim oğlu Quliyevin meyiti kənd ərazisindəki yarımtikilidə tanışı Nadir İslam oğlu Quliyev tərəfindən tapılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info