
İyunda baş verən 12 günlük müharibə – İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinin bombalanmasından sonra, rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığını dayandırdığını elan etdi və İran parlamenti bununla bağlı müfaviq qanunu təsdiqlədi.
Gununsesi.info xəbər verir ki, İran BMT-nin qlobal nüvə fəaliyyətinə nəzarət edən bu agentliyini İsrail və ABŞ ilə əməkdaşlıqda ittiham etmiş və bildirmişdi ki, əslində, AEBA-nın hesabatı İsrailə və ABŞ-a İranı bombalamağa fürsət verib.
Son iki ayda İranın nüvə fəaliyyətini izləmək üçün AEBA-nın inspektorlarına ölkəyə girişə icazə verilməyib.
Ancaq dünən Qahirədə Misirin vasitəçiliyi ilə İran xarici işlər naziri Abbas Araqçı və AEBA-nın baş direktoru Rafael Qrossi arasında görüş baş tutub və tərəflər arasında yeni əməkdaşlıq protokolu imzalanıb.