Artıq dünyanın ən varlı adamı odur

  • By Admin08
  • 11 Sentyabr 2025 08:35

Oracle-ın qurucusu Larri Ellison bir ilə yaxındır siyahıya başçılıq edən İlon Maskı keçərək ilk dəfə dünyanın ən varlı adamı olub.

Gununsesi.info xəbər verir ki, 81 yaşlı Ellisonun sərvəti cəmi bir gündə – Oracle Corp.-un proqnozları üstələyən rüblük hesabatını dərc etdikdən sonra 101 milyard dollar artıb.

Nəticədə Ellisonun kapitalı 393 milyard dollara çatıb. Bu, indeks tarixində indiyə qədər qeydə alınmış ən böyük sərvət artımı idi.

İlon Maskın sərvəti indi “cəmi” 385 milyard dollardır.

Gülxanım Əliyeva

Gununsesi.info