İran hava limanında İsrailin “ölüm sərgisi” - VİDEO

  • By Günel
  • 24 Avqust 2025 16:20

Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında İsrail tərəfindən öldürülən SEPAH generalları, iranlı nüvə alimləri, eləcə də HƏMAS və “Hizbullah” liderlərinin karton fiqurları nümayiş etdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat yayılıb.

İsrail Xarici İşlər Nazirliyi isə fars dilində paylaşım edərək bunu “İsrailin nailiyyətlərinin sərgisi” adlandırıb.