Rəqsanə Kürdəxanaya etap edildi

  • By admin
  • 19 Avqust 2025 11:07

Dələduzluq cinayətində şübhəli bilinərək barəsində 4 aylıq həbsqətimkan tədbiri seçilən müğənni Rəqsanə İsmayılova 1 Saylı Bakı İstintaq Təcrdixanasına etap olunub.

Müğənninin yaxınlarının Gununsesi.info-ya verdiyi məlumata görə, Rəqsanə İsmayılova 4 nəfərlik kamerada saxlanılır.

Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.

İttihamla razılaşmayan Rəqsanə İsmayılova, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün apellyasiya şikayəti verib.

Günay

Gununsesi.info