
“Ukrayna üçün etibarlı və davamlı təhlükəsizlik tədbirləri zəruridir”
Gununsesi.info xəbər verir ki, Avropa İttifaqının diplomatik nümayəndəliyinin rəhbəri Kaya Kallas BBC-yə verdiyi müsahibədə Ukraynanın Rusiya ilə mümkün sülh razılaşması çərçivəsində ərazi güzəştinə getməsinin yolverilməz olduğunu bildirib:
“Rusiyaya Ukrayna torpaqlarını saxlamağa icazə vermək, Prezident Vladimir Putinin Qərbi salmaq istədiyi “tələyə” düşmək deməkdir. Ukrayna üçün etibarlı və davamlı təhlükəsizlik təminatları zəruridir. Bu mərhələdə danışıqlar masasında effektiv çəkindirici vasitələrin sayı çox deyil. Ən etibarlı təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusudur”.