
Fövqəladə Hallar Nazirliyi Qubanın Gədikqışlaq kəndində dağlıq ərazidə yanğınla bağlı məlumat yayıb.
Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, yanğın söndürülüb.
Həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilməyib.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki müdafiə qoşunlarının qüvvələri iştirak edib.
***
15.34
Quba rayonu, Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.