Çilidə 5 bal gücündə zəlzələ oldu

  • By Günel
  • 24 Avqust 2025 11:37

Çilidə Rixter cədvəli üzrə beş bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 227 min insanın yaşadığı İkike şəhərindən 108 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 103 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Gununsesi.info