16 yaşlı yeniyetmə batdı

  • By Günel
  • 02 Avqust 2025 19:31

Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub.

Gununsesi.info xəbər verir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.

Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info