Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə baş verən yanğın söndürülüb.
Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
17:56
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə Gununsesi.info-ya qurumun Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.













