
Meksika prezidenti Klaudiya Şeynbaum təhlükəsizlik və miqrasiya ilə bağlı sazişlərin bağlanmasında ABŞ-a tabe olmaqdan imtina edib.
Gununsesi.info xəbər verir ki, Bu barədə Axios məlumat yayıb.
Dövlət başçısı həmçinin vurğulayıb ki, Meksika ABŞ-ın yeni tarifləri tətbiq etməsi halında kənarda dayanmayacaq və ölkə artıq Vaşinqtonla çərçivə ticarət razılaşması əldə etməyə yaxındır.
Xatırladaq ki, ABŞ-ın apellyasiya məhkəməsi Tramp administrasiyasının tarifləri bu formada tətbiq etmək hüququnun olmadığını qərara alıb. Buna görə də Meksika və Kanada ilə bağlı tarif tədbirlərinin bir çoxu qeyri-qanuni sayılır.
Günay