Rusiya Kiyevə dronlarla hücum edib

Rusiya Ukraynanın paytaxtı Kiyevə “Şahid” dronları ilə hücum edib.

Gununsesi.info “UNİAN“ a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.

“Rusiya hazırda heç bir hərbi məqsəd güdmür. Rusiya iş saatları zamanı, küçələrdə insanların çox olduğu vaxtda hücuma keçir. Özünüzü qoruyun” Yermak xəbərdarlıq edib.

Hücumun hər hansı bir itkiyə və ya dağıntıya yol açması barədə məlumat verilməyib.

Gununsesi.info