Kürdəmir rayonunda QƏZA: Tıxac yarandı - FOTO

  • By Admin08
  • 01 Sentyabr 2025 22:05
Kürdəmir rayonunda QƏZA: Tıxac yarandı - FOTO

Kürdəmir rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə rayonun Sığırlı kəndi ərazisində baş verib.

Bakı-Qazax yolunda 99 JP 676 dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza nəticəsində yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.