
Qusarda yas mərasimlərində ehsan verilməsi ləğv edilib.
Gununsesi.info xəbər verir ki, qərarı şəhər ağsaqqalları, ictimai xadimlər qəbul ediblər.
Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Bərdə rayonları, Mingəçevir şəhəri və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.