Misirə vizanın qiyməti bahalaşdı

  • By Ayshan
  • 02 Dekabr 2025 22:59

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Sisi ölkəyə giriş vizalarının haqqını 20 dollardan 45 dollara qaldırılmasına dair göstəriş verib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Misir liderinin fərmanında deyilir.

 

Sənəddə qeyd olunub ki, noyabrın 30-da imzalanmış fərman bir gün sonra qüvvəyə minib.

Gununsesi.info