Bir müddət bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilən vəkil Zabil Qəhrəmanovun ov tüfəngi geri alınıb.
Gununsesi.info–nun əldə etdiyi məlumata görə, qanuni sənədləri olan of tüfəngi onun vəkili vasitəsilə ailəsindən təhvil alınıb.
Buna səbəb kimi isə qanunvericiliyin tələbləri əsas gətirilib.
Belə ki, Zabil Qəhrəmanovun ailəsinə bildirilib ki, həbs edilən şəxsə aid silah başqasında qala bilməz.
Xatırladaq ki, Zabil Qəhrəmanov xuliqanlıqda və dələduzluqda ittiham olunur.
O, həbsininin peşə fəaliyyəti ilə əlaqəli olduğunu vurğulayaraq ittihamları rədd edir.
Afət
Gununsesi.info











