Pekində güclü yağış həyatı iflic edib

  • By Günel
  • 04 Avqust 2025 09:20

Güclü yağış gözləntiləri ilə əlaqədar Çin paytaxtının səlahiyyətliləri şəhərin beş rayonunda ən yüksək təhlükə səviyyəsini tətbiq ediblər.

Gununsesi.info xəbər verir ki,  Çin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, güclü yağış avqustun 4-dən 7-nə qədər davam edəcək.

İyulun 29-da “Ming Pao” qəzeti Pekində leysan yağışlar səbəbindən 80 min insanın təxliyə edildiyini yazıb. Nəşr əlavə edib ki, zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.

Gununsesi.info