Ölkə ərazisində isti hava şəraiti davam edir - FAKTİKİ HAVA

  • By Günel
  • 03 Avqust 2025 11:10

Avqustun 3-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.

Bu barədə Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 40, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.

Gununsesi.info