Pakistanla Ermənistan diplomatik əlaqələr qurmağa hazırlaşır

Pakistan və Ermənistanın xarici işlər nazirləri Məhəmməd İshaq Darla Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Pakistanın XİN rəhbəri “X” hesabında paylaşıb.

Onun sözlərinə görə, söhbət zamanı Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulmasını nəzərdən keçirmək barədə razılığa gəliblər.