Ramiz Rövşənin son durumu AÇIQLANDI

“Ramiz Rövşənin səhhətində problemin olması səhv məlumatdır. Şairin səhhəti yaxşıdır, normal yeriyir. Xəstəxanaya müraciət etməyəcək, özünün həkimi var”.

Bu barədə Gununsesi.info Bizim.Media-ya istinadən xəbər verir ki, Xalq şairi Ramiz Rövşənin ailə üzvləri məlumat veriblər.

Ailə üzvlərinin sözlərinə görə, şairin səhhətindəki xırda problemlər onun yaşı ilə əlaqədardır.

Xatırladaq ki, bir neçə gün öncə Xalq şairi Ramiz Rövşənin səhhətinin pisləşdiyi, ayağında problem yaranması haqqında məlumatlar yayılmışdı. Məlumatda şairin xəstəxanaya müraciət edəcəyi də bildirilmişdi.

 

Gununsesi.info