Kamran Əliyevlə İnam Kərimov Türkiyədə səfərdədir

  • By Admin08
  • 01 Sentyabr 2025 19:17

Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Ali Məhkəmənin, eləcə də Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Türkiyədə səfərdədirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Onlar səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini yad ediblər.