Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanır

  • By Günel
  • 11 Avqust 2025 23:27

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır. 

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Rusiyaya qarşı 19-cu sanksiya paketinin işə salındığını bildirib.

Kallas Moskvanı atəşkəslə bağlı doğru addımlar atmağa çağırıb. O bildirib ki, ilk növbədə atəşkəs təmin edilməlidir.

Onun sözlərinə görə, Rusiya tərəfdən etibarlı monitorinq sistemi təmin edilməli və ciddi təhlükəsizlik zəmanətləri lazımdır.

“Rusiya qeyd-şərtsiz atəşkəsə razı olmadığına görə, biz heç bir güzəşti müzakirə etməyəcəyik”, – deyə Kallas bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiyaya qarşı ard-arda 17 və 18-ci sanksiya paketi hazırlanıb.

Gununsesi.info