“Traktor” İran Superkubokunu qazandı

  • By Günel
  • 11 Avqust 2025 22:55

Futbol üzrə İran Superkuboku uğrunda görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, son çempion “Traktor” ölkə kubokunun qalibi “İstiqlal”la qarşılaşıb.

Təbriz təmsilçisi Tehran klubu üzərində əzmkar qələbə qazanaraq, Supekuboka sahib çıxıb.

Oyunda hesabı 12-ci dəqiqədə Tehran komandası açıb. Cənubu Azərbaycan təmsilçisi əsas vaxtın başa çatmasına bir neçə dəqiqə qalmış Əmirhosseyn Hosseynzadənin penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. Matça əlavə edilən 2-ci dəqiqədə isə “Traktor” qələbə topunu vurub. Xorvatiyalı Tomislav Ştrkal təbrizliləri qələbəyə daşıyıb.

Görüşün baş hakimi əsas vaxta təxminən 11 dəqiqə (!) əlavə etsə də, Cənubi Azərbaycan klubu qələbəni əldən verməyib.

Qeyd edək ki, ötən mövsüm “Traktor” tarixində ilk dəfə İran çempionu olub.

Gununsesi.info